Beş həftəlik fasilədən sonra ABŞ Senatı işinə başlayıb

Beş həftəlik fasilədən sonra ABŞ Senatı işinə başlayıb
# 05 may 2020 07:23 (UTC +04:00)

Pandemiya səbəbindən iş yerlərini tərk etmiş ABŞ senatorları infeksiyanın yayılması ilə bağlı təhlükəyə baxmayaraq, beş həftəlik fasilədən sonra bazar ertəsi günü fəaliyyətlərini tam bərpa ediblər.

APA "TASS"-a istinadən xəbər verir ki, respublikaçıların nəzarətində olan Konqresin yuxarı palatasının müvəqqəti sədri Çak Qrassli iclasın başladığını elan edib.

Senatorlar zalda tibbi maska və əlcəkdə, bir-birindən iki metr aralı əyləşməlidir. Onların üzərinə köməkçilərinin sayını müvəqqəti ixtisar etmək, həmçinin müntəzəm həkim müayinəsindən keçmək öhdəliyi qoyulub. Qanunvericilər çıxış etməzdən əvvəl maskalarını çıxarırlar. Ötən beş həftədə Senat təcili qaydada tam tərkibdə yalnız xəstəliyin yayılması ilə əlaqədar iqtisadi tədbirlər paketini təsdiqləmək üçün toplaşıb.

Bununla yanaşı, demokratların çoxluq təşkil etdiyi Nümayəndələr palatasının qanunvericiləri işə növbəti həftə qayıdacaqlar. Konqresin aşağı palatasının spikeri Nensi Pelosi bildirib ki, bu qərar baş müalicə həkimi ilə məsləhətləşmələrdən sonra qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR