Beynəlxalq Atom Enerjisi Agentliyinin yeni baş direktoru təsdiqlənib

Beynəlxalq Atom Enerjisi Agentliyinin yeni baş direktoru təsdiqlənib
# 02 dekabr 2019 14:20 (UTC +04:00)

Rafael Qrossinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru vəzifəsinə təyinatı təsdiqlənib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu gün təşkilatın baş konfransı xüsusi sessiyasında bu barədə müvafiq qərar qəbul edib.

BAEA-nın İdarə Heyəti 30 oktyabrda R. Qrossini təşkilatın baş direktoru təyin edib.

R. Qrossi 2013-cü ilin iyun ayından Argentinanın Vyanada yerləşən beynəlxalq təşkilatlarda daimi nümayəndəsi olub.

O, Latın Amerikadan təşkilata rəhbərlik edəcək ilk şəxsdir.

Argentinalı diplomat dekabrın 3-dən vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, BAEA-nın baş direktoru 4 il müddətinə təyin olunur.

Xatırladaq ki, BAEA-nın baş direktoru Yukiya Amano iyulun 22-si vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR