Beynəlxalq Kosmik Stansiyada hava sızması baş verib

Beynəlxalq Kosmik Stansiyada hava sızması baş verib
  • Clock-gray 20:46
  • calendar-gray 20 Avqust 2020

Beynəlxalq Kosmik Stansiyanın (BKS) bütün heyəti hava sızması səbəbindən üç gün müddətinə Rusiyaya aid “Zvezda” moduluna keçəcək.

APA xəbər verir ki, bu barədə “TASS”-a “Roskosmos”un mətbuat xidmətindən bildirilib.

Məlumata görə, BKS-in Rusiya seqmentindəki nəzarət paneli stansiyada hava sızması qeydə alıb. Bildirilir ki, “Rusiya seqmentindəki cihaz stansiyanın atmosferində azot, oksigen və karbon qazının nisbətinin dəyişdiyini müəyyən edib”.

Mütəxəssislər hesab edirlər ki, kiçik hava sızıntısının mümkün səbəblərindən biri meteorit və ya kosmik tullantı parçasının stansiyanın korpusunu zədələməsi ola bilər.

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) mətbuat xidmətinin yaydığı açıqlamada isə deyilir ki, Beynəlxalq Kosmik Stansiyada qeydə alınan hava sızması səviyyəsinin artması ekipaj üçün təhlükə yaratmır.

Hava sızması hazırda seqmentin məqbul parametrləri daxilində qalır və ekipaj və ya kosmik stansiya üçün birbaşa təhlükə yaratmır. Hansı modulda adi sızma nisbətinin daha yüksək olduğunun müəyyən edilməsi üçün test aparılır”, - deyə açıqlamada qeyd olunur.

Qeyd olunur ki, hazırda BKS-in amerikalı və rusiyalı ekipaj üzvləri hava sızmasının yerinin müəyyən edilməsi və aradan qaldırılması işləri aparırlar.

apa-logo-mini

Digər xəbərlər