“Microsoft” şirkətinin yaradıcısı, dünyanın ən zəngin iş adamlarından olan Bill Qeyts və həyat yoldaşının xeyriyyə fondu yeni növ koronavirusunun Çində və Afrika ölkələrində yayılmasının qarşısının alınmasına 10 milyon dollar ayırıb.
APA-nın xəbərinə görə, bu barədə məlumat Fondun saytında yerləşdirilib.
Məbləğin 5 milyon dolları Çində, 5 milyonu isə Afrika ölkələrində öldürücü virusla mübarizəyə sərf olunacaq.
Qeyd edək ki, son məlumata görə, artıq Çində koronavirusdan ölənlərin sayı 80 nəfərə çatıb.