Bir gün ərzində Nyu-Yorkda 166 nəfər koronavirusdan ölüb

Bir gün ərzində Nyu-Yorkda 166 nəfər koronavirusdan ölüb
# 15 may 2020 04:29 (UTC +04:00)

ABŞ-ın Nyu-York ştatında son sutkada 157 nəfər yeni növ koronavirus infeksiyasından ölüb, bundan əvvəlki gün isə bu rəqəm 166 nəfər təşkil edirdi.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endryu Kuomo açıqlamasında bildirib.

Onun sözlərinə görə, ümumilikdə və son bir gün ərzində eyni diaqnozla xəstəxanaya yerləşdirilənlərin sayında azalma davam edir, günü-gündən daha az insan süni tənəffüs aparatına ehtiyac duyur.

Qubernatorun tərtib etdiyi qrafikə əsasən, ölüm səviyyəsi 27 mart tarixli göstəricidən bəri hər gün azalmağa doğru gedib. Belə ki, mayın 11-də 195, mayın 10-da 161, mayın 9-da 207, mayın 8-də 226, mayın 7-də 216, mayın 6-da 231 nəfər virusun qurbanına çevrilib. Eyni səbəbdən ölənlərin ümumi sayı isə 22 170 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR