Blinken: “İqlim dəyişikliyi ilə mübarizə ABŞ-ın daxili və xarici siyasət prioritetlərinin mərkəzindədir”

Blinken: “İqlim dəyişikliyi ilə mübarizə ABŞ-ın daxili və xarici siyasət prioritetlərinin mərkəzindədir”
# 20 fevral 2021 02:04 (UTC +04:00)

“İqlim dəyişikliyi ilə mübarizə ABŞ-ın daxili və xarici siyasət prioritetlərinin mərkəzindədir”.

.APA xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken rəsmi Vaşinqtonun Paris iqlim razılaşmasına qayıtmasına dair açıqlamasında deyib.

Dövlət katibi bildirib ki, ABŞ iqlim dəyişikliyini bütün səviyyələrdə ən vacib ikitərəfli və çoxtərəfli danışıqlarına qatacaq.

O, Paris İqlim Sazişini qlobal səylər üçün görünməmiş bir vasitə adlandırıb: “Məqsəd sadə və genişdir: hamımız planetin fəlakətli istiləşməsinin qarşısını almalı və dünyanı iqlim dəyişikliyinin təsirlərinə qarşı daha davamlı etmək üçün kömək etməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR