Blinken Rusiya, Çin, İran və KXDR-i Qərb üçün hərbi təhdid adlandırıb

Blinken Rusiya, Çin, İran və KXDR-i Qərb üçün hərbi təhdid adlandırıb
# 24 mart 2021 21:41 (UTC +04:00)

Rusiya, Çin, İran və Şimali Koreya Qərb üçün hərbi təhlükə yaradır.

APA TASS-a istinadən xəbər verir ki, bu fikri ABŞ dövlət katibi Entoni Blinken NATO-nun Brüsseldəki mənzil-qərargahında Vaşinqtonun xarici alyansları və əməkdaşlıqları haqqında çıxış edərkən səsləndirib.

O, çıxışına Qərb ölkələrinin “bu gün üzləşdiyi ən aktual təhlükələrlə başlayıb”: “Mənim fikrimcə, üç kateqoriya mövcuddur. Birincisi – digər ölkələr tərəfindən olan hərbi təhdidlərdir”. ABŞ diplomatiyasının rəhbəri bu siyahıya Rusiya, Çin, İran və KXDR-i daxil edib.

“Çinin timsalında biz bunu gəmi nəqliyyatı azadlığına qarşı təhdiddə və daha müasir hərbi potensialından istifadə etməklə Hind-Sakit okean ölkələrini öz hədəfinə çevirmək üçün Cənubi Çin dənizini hərbiləşdirmək cəhdlərində görürük. Pekinin hərbi ambisiyaları ildən-ilə artır”, - Blinken belə deyib.

“Biz bunu, həmçinin Rusiyanın alyanslarımıza meydan oxumaq və kollektiv təhlükəsizliyimizi təmin edən, qaydalara əsaslanan intizamı pozmaq üçün inkişaf etdirdiyi yeni hərbi potensialında və strategiyalarında görürük. Buraya Moskvanın Şərqi Ukraynadakı təcavüzü, gücünü genişləndirməsi, genişmiqyaslı təlimləri, Baltik və Qara dənizlərdə, Şərqi Aralıq dənizində, Uzaq Şimaldakı hədələyici əməlləri, həmçinin nüvə potensialını modernləşdirməsi və NATO ərazisindəki tənqidçilərə qarşı kimyəvi silahdan istifadə etməsi daxildir”, - deyə amerikalı diplomat əlavə edib.

“Çin və Rusiyanın xaricində İran və Şimali Koreya kimi regional tərəflər bizi, müttəfiqlərimizi və tərəfdaşlarımızı təhdid edən nüvə və raket potensialını artırmağa çalışırlar”, - deyə Blinken bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR