"Boeing" "Alaska Airlines"a 23 ədəd "737 MAX" təyyarələri çatdıracaq

"Boeing" "Alaska Airlines"a 23 ədəd "737 MAX" təyyarələri çatdıracaq
# 31 mart 2021 08:47 (UTC +04:00)

ABŞ-ın “Boeing” aerokosmik şirkəti “Alaska Airlines” aviaşirkətinə 23 ədəd “Boeing 737 MAX” təyyarəsinin tədarükünü nəzərdə tutan müqavilə imzalayıb.

APA TASS-a istinadən xəbər verir ki, müvafiq sənəd konsernin saytında dərc olunub.

Sənədə əsasən, razılaşma 2020-ci ilin dekabrında əldə edilib, ancaq müqavilənin şərtləri indi razılaşdırılıb.

Söhbət 23 ədəd dördüncü nəsil “737 MAX 9” təyyarəsinin tədarükündən gedir. “Alaska Airlines” şirkətinin “Boeing”dən sifariş etdiyi təyyarələrin ümumi sayı 120-dək artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR