Boliviya Lima Qrupuna qoşulub

Boliviya Lima Qrupuna qoşulub
# 23 dekabr 2019 02:20 (UTC +04:00)

Boliviya Venesueladakı vəziyyətin həlli məqsədilə bir neçə il əvvəl yaradılan təşkilata - Lima Qrupuna qoşulub.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Boliviyanın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

“Boliviya Xarici İşlər Nazirliyi Lima Qrupuna qoşulduğunu elan edir. Beləliklə, Boliviya Venesueladakı böhranın dinc, demokratik və konstitusiya yolu həllini tapmasına öz töhfəsini verəcək”, - deyə Boliviya XİN-in açıqlamasında bildirilir.

Qeyd edək ki, Lima Qrupuna Venesuela Prezidenti Nikolas Maduronun hökumətini tənqid edən 14 ölkə daxildir. Təşkilat üzvləri daha çox ona təzyiq göstərməyin yollarını müzakirə edirlər.

Boliviya bu təşkilata üzv deyildi. Sabiq prezident Evo Morales tez-tez çıxış edərək Maduroya öz dəstəyini nümayiş etdirirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR