Boliviya Parlamenti Moralesin seçkilərdəki qələbəsini ləğv edib

Boliviya Parlamenti Moralesin seçkilərdəki qələbəsini ləğv edib
# 23 noyabr 2019 23:54 (UTC +04:00)

Boliviya Parlamenti 20 oktyabr Prezident Seçkilərində Evo Moralesin qələbəsini ləğv edən qanun qəbul edib.

APA-nın “RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, sənədin mətnində bildirilir ki, 20 oktyabr 2019-cu il tarixdə keçirilmiş ümumi seçkilər və nəticələr etibarsız sayılır: "Prezident, vitse-prezident, senatorlar, millət vəkilləri və millətlərarası parlament orqanlarının nümayəndələrini seçmək üçün yeni ümumi seçkilərin keçirilməsi planlaşdırılır".

Layihədə MSK-nı əvəz edən Ali Seçki Məhkəməsinin yeni rəhbərliyinin seçilmə vaxtı da müəyyənləşdirilib. Buna hazırlaşmaq üçün ən çox 20 gün vaxt ayrılıb.

Qeyd edək ki, sənəd Deputatlar Palatasına, sonra isə imzalanmaq üçün prezidentə təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR