Boliviyada iki sabiq nazir dövlət çevrilişi ittihamı ilə həbs olunub

Boliviyada iki sabiq nazir dövlət çevrilişi ittihamı ilə həbs olunub
# 13 mart 2021 02:12 (UTC +04:00)

Boliviyanın keçmiş ədliyyə naziri Alvaro Koimbra və keçmiş energetika naziri Rodriqo Qusman 2019-cu ilin noyabrında reallaşdırmaq istədikləri iddia olunan dövlət çevrilişi ilə əlaqədar istintaq çərçivəsində həbs olunub.

APA xəbər verir ki, bu barədə “Agencia Boliviano de Information” məlumat yayıb.

Keçmiş məmurlara qarşı terrorçuluq, qiyam qaldırmaq və sui-qəsd ittihamları irəli sürülüb.

Bundan əvvəl prokurorluq 2019-cu ilin noyabrında daha üç keçmiş nazirin və sabiq dövlət başçısı Evo Moralesin istefasından sonra prezident səlahiyyətlərini icra edən Janin Anyesin həbs olunmasına dair order verib. Anyes özünün “Twitter” səhifəsində bunu “Siyasi təqib başladı”, - deyə şərh edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR