Braziliya Ali Məhkəməsi venesuelalı diplomatların məcburən ölkədən çıxarılmasına imkan verməyib

Braziliya Ali Məhkəməsi venesuelalı diplomatların məcburən ölkədən çıxarılmasına imkan verməyib
# 03 may 2020 07:30 (UTC +04:00)

Braziliyada Ali Məhkəmənin hakimi venesuelalı diplomatların məcburi qaydada ölkəni tərk etmələri üçün hökumətin verdiyi qərarı təxirə salıb.

APA “TASS”-a istinadən xəbər verir ki, məhkəmə Braziliya Prezidentindən və Xarici İşlər nazirindən diplomatların ölkədən çıxarılmasını təmin edən qərarın hansı səbəbdən verilməsinə aydınlıq gətirmələrini tələb edib.

Hakim Luis Robert Barrozo İşçi Partiyasından olan deputatın müraciətinə baxıldıqdan sonra belə bir nəticəyə gəlib.

Xatırladaq ki, bir müddət əvvəl Venesuela XİN Braziliya hakimiyyətinin venesuelalı diplomatları və konsulluq işçilərini ölkəni vaxtından əvvəl tərk etməyə məcbur etdiyini bildirib. Onlar Braziliyanı mayın 2-də tırk etməli idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR