Braziliya COVID-19-a yoluxanların sayına görə yenidən 2-ci yerdədir

Braziliya COVID-19-a yoluxanların sayına görə yenidən 2-ci yerdədir
# 13 mart 2021 05:24 (UTC +04:00)

Braziliya təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayına görə Hindistanı geridə qoyaraq yenidən ABŞ-dan sonra ikinci yeri tutub.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin yayımladığı son məlumatda qeyd olunub.

Məlumata görə, son bir gündə ölkədə 85 663 nəfərdə virusa yoluxma aşkar edilib, bununla da yoluxanların ümumi sayı 11 363 380-ə çatıb.

Koronavirus səbəbindən ölənlərin sayı son 24 saat ərzində 2216 nəfər artaraq 275 105-ə yüksəlib. Ardıcıl olaraq üçüncü gündür ki, bu rəqəm 2 mindən çoxdur, bundan bir gün əvvəl 2233, iki gün əvvəl isə 2286 nəfər koronavirusun qurbanına çevrilib. Ölüm nisbəti də ABŞ-dan sonra ikinci yerdədir.

Ölkədə indiyədək 10 milyondan çox (10 000 980) koronaviruslu xəstə sağalıb. Hazırda 1 milyondan çox aktiv koronavirus xəstəsi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR