Braziliya koronavirusdan ölənlərin sayına görə İtaliyanı keçib

Braziliya koronavirusdan ölənlərin sayına görə İtaliyanı keçib
  • Clock-gray 11:16
  • calendar-gray 05 İyun 2020

Braziliya yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayına görə İtaliyanı keçib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, indiyədək Braziliyada koronavirusdan 34 021 nəfər ölüb.

İnfeksiyadan ölənlərin sayına görə Braziliya ABŞ və Böyük Britaniyadan sonra 3-cü yerdədir. 

Braziliya Səhiyyə Nazirliyinin məlumatına görə, son sutkada koronavirusdan 1437 nəfər ölüb, 30 925 yeni yoluxma qeydə alınıb. 

Qeyd edək ki, İtaliyada koronavirusdan ölənlərin sayı 33 689 nəfərdir.

Zümrüd Paşkin

Digər xəbərlər