Braziliya koronavirusdan ölənlərin sayına görə dünyada ikinci yerdədir

Braziliya koronavirusdan ölənlərin sayına görə dünyada ikinci yerdədir
# 13 iyun 2020 12:34 (UTC +04:00)

Braziliya yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayına görə Britaniyanı ötərək ikinci yerə yüksəlib.

APA-nın "İndependent"ə istinadən verdiyi xəbərə görə, son sutka ərzində ölkədə 909 nəfər yeni növ koronavirusdan vəfat edib.

Braziliyada indiyədək koronavirusdan ölənlərin ümumi sayı 41828 nəfərə çatıb.

Son sutkada ölkədə 25982 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da indiyədək infeksiyaya yoluxanların ümumi sayı 828800 nəfərə çatıb.

Qeyd edək ki, Britaniyada koronavirusdan indiyədək 41481 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR