Braziliyada COVID-19-a yoluxma hallarının sayı 10 milyonu ötüb

Braziliyada COVID-19-a yoluxma hallarının sayı 10 milyonu ötüb
# 19 fevral 2021 06:55 (UTC +04:00)

Braziliyada son bir gündə yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 51 879 nəfər artaraq 10 030 626-ya çatıb.

APA xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Virusdan ölənlərin sayı son 24 saat ərzində 1367 nəfər artaraq 243 457-yə çatıb. Ümumilikdə 8 995 246 koronaviruslu xəstə müalicə olunaraq sağalıb.

Belə olan halda, Braziliya koronavirusa yoluxanların sayının 10 milyonu keçdiyi ölkələr siyahısında ABŞ və Hindistandan sonra üçüncü ölkə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR