Braziliyada COVID-19 diaqnozu ilə ölənlərin sayı 32 mini keçib

Braziliyada COVID-19 diaqnozu ilə ölənlərin sayı 32 mini keçib
# 04 iyun 2020 06:26 (UTC +04:00)

Braziliyada COVID-19 virusundan sutkalıq ölüm sayı 1349 nəfər olub, 28 mindən çox insan isə bu virusa yoluxub.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bundan əvvəlki gün ölkədə 1262 nəfərin öldüyü deyilirdi. Con Hopkins Universitetinin məlumatına görə, Braziliya dünyada koronavirusa yoluxanların sayına görə ikinci, bu virusdan ölənlərin sayına görə isə dördüncü yeri tutur.

Nazirliyin son statistikasında qeyd olunur ki, bu günədək ölkədə 584 016 COVID-19 infeksiyasına yoluxma faktı təsdiqlənib, 32 548 nəfər bu virusun qurbanına çevrilib. Həmçinin 238 mindən çox xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR