Braziliyada COVID-19-la bağlı son statistika açıqlanıb

Braziliyada COVID-19-la bağlı son statistika açıqlanıb
# 09 fevral 2021 08:29 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 23 439 nəfərin koronavirus infeksiyasına yoluxması, 636 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 9 548 079 nəfər yoluxub. Bu müddət ərzində 232 170 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 8 447 645 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR