Braziliyada COVID-19 qurbanlarının sayı 300 mini keçib

Braziliyada COVID-19 qurbanlarının sayı 300 mini keçib
  • Clock-gray 07:44
  • calendar-gray 25 Mart 2021

Braziliyada son sutka ərzində daha 89 992 nəfərin koronavirus infeksiyasına yoluxması, 2009 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 12 220 011 nəfər yoluxub. Bu müddət ərzində 300 685 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 10 689 646 xəstə müalicə olunaraq sağalıb.

apa-logo-mini

Digər xəbərlər