Braziliyada bir gündə 3175 nəfər koronavirusdan ölüb

Braziliyada bir gündə 3175 nəfər koronavirusdan ölüb
  • Clock-gray 07:46
  • calendar-gray 13 Noyabr 2020

Braziliyada son sutka ərzində daha 191 557 nəfərin koronavirus infeksiyasına yoluxması, 3175 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 5 781 582 nəfər yoluxub. Bu müddət ərzində 164 281 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 5 256 767 xəstə müalicə olunaraq sağalıb.

apa-logo-mini

Digər xəbərlər