Braziliyada bir gündə 32 mindən çox insanda koronavirus aşkar olunub

Braziliyada bir gündə 32 mindən çox insanda koronavirus aşkar olunub
# 10 iyun 2020 06:24 (UTC +04:00)

Braziliyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 739 503 nəfərə, bu virusdan ölənlərin sayı isə 38 406-ya çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son sutka ərzində ölkədə 32 091 nəfərdə COVID-19 virusuna yoluxma faktı təsdiqlənib, bu virusa yoluxmuş daha 1272 ölkə vətəndaşı isə vəfat edib.

Nazirliyin bildirdiyinə görə, hazırda 390 033 nəfər həkim nəzarəti altındadır, epidemiyanın başlanğıcından bəri 311 064 nəfər də sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR