Braziliyada bir gündə 42,7 minədək insanda COVID-19 virusu aşkar olunub

Braziliyada bir gündə 42,7 minədək insanda COVID-19 virusu aşkar olunub
# 02 sentyabr 2020 07:46 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 42 659 nəfərin koronavirus infeksiyasına yoluxması, 1215 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 3 950 931 nəfər yoluxub. Bu müddət ərzində 122 596 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 3 159 096 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR