Braziliyada bir gündə 610 nəfər koronavirusun qurbanına çevrilib

Braziliyada bir gündə 610 nəfər koronavirusun qurbanına çevrilib
  • Clock-gray 06:39
  • calendar-gray 05 Noyabr 2020

Braziliyada son sutka ərzində daha 23 976 nəfərin koronavirus infeksiyasına yoluxması, 610 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 5 590 025 nəfər yoluxub. Bu müddət ərzində 161 106 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 5 064 344 xəstə müalicə olunaraq sağalıb.

apa-logo-mini

Digər xəbərlər