Braziliyada bir gündə 91 mindən çox insanda koronavirus aşkar olunub

Braziliyada bir gündə 91 mindən çox insanda koronavirus aşkar olunub
# 02 aprel 2021 07:26 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 91 097 nəfərin koronavirus infeksiyasına yoluxması, 3769 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 12 839 844 nəfər yoluxub. Bu müddət ərzində 325 284 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 11 239 099 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR