Braziliyada bir gündə 968 nəfər koronavirusdan ölüb

Braziliyada bir gündə 968 nəfər koronavirusdan ölüb
  • Clock-gray 07:54
  • calendar-gray 23 Dekabr 2020

Braziliyada son sutka ərzində daha 55 202 nəfərin koronavirus infeksiyasına yoluxması, 968 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 7 318 821 nəfər yoluxub. Bu müddət ərzində 188 259 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 6 354 972 xəstə müalicə olunaraq sağalıb.

apa-logo-mini

Digər xəbərlər