Braziliyada daha 3560 nəfər koronavirusdan ölüb

Braziliyada daha 3560 nəfər koronavirusdan ölüb
# 16 aprel 2021 04:43 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 73 174 nəfərin koronavirus infeksiyasına yoluxması, 3560 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 13 746 681 nəfər yoluxub. Bu müddət ərzində 365 444 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 12 236 295 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR