Braziliyada güclü yağışlar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Braziliyada güclü yağışlar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb
# 26 yanvar 2020 07:16 (UTC +04:00)

Braziliyanın Minas-Jerays ştatında yağış və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə şənbə günü “Globu” televiziyası ştatın hərbi komandanlığına istinadən bildirib.

Kanalın məlumatına görə, daha yeddi nəfər yaralanıb, 2,5 mindən çox insan evsiz qalıb. Xilasedicilər dağıntılar altında itkin düşmüş şəxslərin axtarışını davam etdirir. Qonşu Espiritu-Santu ştatında bir həftə davam edən yağışlar nəticəsində 3 mindən çox adam küçədə qalıb, 9 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR