Braziliyada indiyədək 8 milyondan çox insan koronavirusdan sağalıb

Braziliyada indiyədək 8 milyondan çox insan koronavirusdan sağalıb
# 01 fevral 2021 08:28 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 27 756 nəfərin koronavirus infeksiyasına yoluxması, 559 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 9 204 731 nəfər yoluxub. Bu müddət ərzində 224 504 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 8 027 042 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR