Braziliyada koronavirus infeksiyasına yoluxanların sayı 4 milyonu keçib

Braziliyada koronavirus infeksiyasına yoluxanların sayı 4 milyonu keçib
# 04 sentyabr 2020 05:27 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 43 773 nəfərin koronavirus infeksiyasına yoluxması, 834 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 4 041 638 nəfər yoluxub. Bu müddət ərzində 124 614 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 3 247 610 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR