Braziliyada koronavirus qurbanlarının cəsədləri məktəb avtobusları ilə daşınacaq

Braziliyada koronavirus qurbanlarının cəsədləri məktəb avtobusları ilə daşınacaq
# 29 mart 2021 03:40 (UTC +04:00)

Braziliyanın San-Paulo şəhərinin rəhbərliyi koronavirus infeksiyası səbəbindən ölənlərin cəsədlərini daşımaq üçün istifadə edilən nəqliyyat vasitələrinin sayını ikiqat artırmaq niyyətindədir. Bunun üçün məktəb avtobuslarından da istifadə oluna bilər.

APA xəbər verir ki, bu barədə “CNN Brasil” telekanalı məlumat yayıb.

“Mənə 130-a yaxın avtobus sahibinin məlum məsələ ilə bağlı iclasda iştirak etmələri barədə məlumat verilib. Cəsədləri daşımaq üçün onlar nəqliyyat vasitələrinin rəng sxemini dəyişdirməli, oturacaqları sökməli olacaqlar. Daha sonra onlar məktəblərə qayıtmaq məcburiyyətində qalacaqlar? İşçilər məhz bundan çəkinirlər və nə üçün razılaşmadıqlarını başa düşürəm”, - deyə San-Paulo şəhərinin məktəb nəqliyyatı sahəsi üzrə həmkarlar ittifaqının sədri telekanala müsahibəsində bildirib.

“CNN Brasil”in verdiyi məlumata görə, koronavirusa yoluxma səbəbindən ölüm sayının artdığı bir vaxtda 12 milyon əhalisi olan meqapolis prefekturası ölənlərin cəsədlərini daşıyan avtomobillərin sayını 45-dən 94-dək artırmaq üçün nəqliyyat xidmətlərini satın alıb. Telekanal qeyd edir ki, turist və məktəb mikroavtobuslarından istifadə etməklə müvafiq xidmətlər göstərməyi təklif edən və müsabiqədə qalib gələn şirkət rəhbərliyi bununla bağlı açıqlama verməkdən imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR