Braziliyada koronavirus qurbanlarının sayı 240 mini keçib

Braziliyada koronavirus qurbanlarının sayı 240 mini keçib
# 17 fevral 2021 07:03 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 55 271 nəfərin koronavirus infeksiyasına yoluxması, 1167 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 9 921 981 nəfər yoluxub. Bu müddət ərzində 240 940 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 8 883 191 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR