Braziliyada koronavirusa 42 mindən çox yeni yoluxma qeydə alınıb

Braziliyada koronavirusa 42 mindən çox yeni yoluxma qeydə alınıb
# 10 iyul 2020 05:37 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 42 619 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 1 755 779 nəfər yoluxub. Bu müddət ərzində 69 184 koronaviruslu xəstə dünyasını dəyişib, son sutkada isə bu rəqəm 1220 nəfər olub.

Həmçinin bu günədək 1 milyondan çox xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR