Braziliyada koronavirusa 50 mindən çox yeni yoluxma qeydə alınıb

Braziliyada koronavirusa 50 mindən çox yeni yoluxma qeydə alınıb
# 23 avqust 2020 04:57 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 50 032 nəfərin koronavirus infeksiyasına yoluxması, 832 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 3 582 362 nəfər yoluxub. Bu müddət ərzində 114 250 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 2 913 966 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR