Braziliyada koronavirusa sutkalıq yoluxanların sayında azalma var

Braziliyada koronavirusa sutkalıq yoluxanların sayında azalma var
# 08 sentyabr 2020 06:24 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 10 273 nəfərin koronavirus infeksiyasına yoluxması, 310 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 4 147 794 nəfər yoluxub. Bu müddət ərzində 126 960 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 3 355 564 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR