Braziliyada koronavirusa yoluxanların sayı 13 milyonu keçib

Braziliyada koronavirusa yoluxanların sayı 13 milyonu keçib
# 06 aprel 2021 05:42 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 28 645 nəfərin koronavirus infeksiyasına yoluxması, 1319 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 13 013 601 nəfər yoluxub. Bu müddət ərzində 332 752 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 11 436 189 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR