Braziliyada koronavirusa yoluxanların sayı 160 mini keçib

Braziliyada koronavirusa yoluxanların sayı 160 mini keçib
# 11 may 2020 03:09 (UTC +04:00)

Braziliyada yeni növ koronavirusa yoluxma hallarının 160 mini keçib, 11 mindən çox insan isə bu virusun qurbanı olub.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, ölkə ərazisində 162 699 nəfərə COVID-19 xəstəliyi diaqnozu qoyulub, son sutka ərzində daha 6760 nəfərin də bu virusa yoluxduğu təsdiqlənib. Son bir gündə 496 nəfər eyni diaqnozdan ölüb, bununla da ölənlərin ümumi sayı 11 123-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR