Braziliyada koronavirusa yoluxanların sayı 685 mini keçib

Braziliyada koronavirusa yoluxanların sayı 685 mini keçib
# 08 iyun 2020 07:22 (UTC +04:00)

Braziliyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 685 mini keçib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin yaydığı son statistik məlumatlarda qeyd edilir.

Nazirlik yoluxma hallarının yayılması ilə bağlı yeni internet saytı yaradıb. Qurumun məlumatına görə, Braziliyada indiyədək 685 427 nəfərin COVID-19 testi müsbət nəticələnib, onlardan ümumilikdə 37 312 nəfəri isə həyatını itirib.

Eyni zamanda, Braziliyada son 24 saat ərzində 18 912 nəfərin virusa yoluxduğu, 525 nəfərin isə bu virusdan öldüyü təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR