Braziliyada koronavirusa yoluxma sayı 1,5 milyonu ötüb

Braziliyada koronavirusa yoluxma sayı 1,5 milyonu ötüb
# 04 iyul 2020 03:54 (UTC +04:00)

Braziliyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 1 539 081-ə çatıb. Son 24 saatda 42 223 nəfərdə koronavirus aşkar olunub.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ümumilikdə Braziliyada 63 174 nəfər koronavirusdan dünyasını dəyişib, son sutkada 1290 virusa yoluxmuş xəstə vəfat edib.

Virusa yoluxmuş 868 372 ölkə əhalisi isə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR