Braziliyada koronavirusa yoluxma sayı 3,4 milyonu keçib

Braziliyada koronavirusa yoluxma sayı 3,4 milyonu keçib
# 19 avqust 2020 08:04 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 47 784 nəfərin koronavirus infeksiyasına yoluxması, 1352 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 3 407 354 nəfər yoluxub. Bu müddət ərzində 109 888 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 2 735 064 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR