Braziliyada koronavirusdan ölüm sayı 94 mini keçib

Braziliyada koronavirusdan ölüm sayı 94 mini keçib
  • Clock-gray 08:22
  • calendar-gray 03 Avqust 2020

Braziliyada son sutka ərzində daha 25,8 min nəfərin koronavirus infeksiyasına yoluxması təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 2 733 677 nəfər yoluxub. Bu müddət ərzində 94 104 koronaviruslu xəstə dünyasını dəyişib. 

Həmçinin bu günədək 2 062 876 xəstə müalicə olunaraq sağalıb.

apa-logo-mini

Digər xəbərlər