Braziliyada koronavirusun yeni ştammı aşkar olunub

Braziliyada koronavirusun yeni ştammı aşkar olunub
# 23 dekabr 2020 05:49 (UTC +04:00)

Braziliyalı alimlər Rio-de-Janeyro ştatında koronavirusun yeni ştammını aşkar ediblər.

APA xəbər verir ki, bu barədə “Globo” qəzeti məlumat yayıb.

“Bizdə bu mutasiyanın artan təhlükə yaratdığına dair sübut yoxdur. Ancaq bu, virusun bütün ştat ərazisində intensiv yayılmasından, eləcə də sosial məsafə tədbirlərinin və nəzarətin nə qədər vacib olduğundan xəbər verir”, - deyə qəzet Milli Elmi Hesablama Laboratoriyanın bioinformatika laboratoriyasının elmi qrupunun rəhbəri Ana Tereza Vaşkonseluşdan sitat gətirir.

Qeyd edilir ki, söhbət artıq ölkədə geniş yayılmış B.1.1.28 növünün mutasiyasından gedir. Yeni ştammın öyrənilməsi nəticəsində bioloqlar müəyyən ediblər ki, o, 180 genomdan 38-də mutasiyalarla “ana” virusdan fərqlənir.

“Globo” nəşri yazır ki, yeni Britaniya ştammında olduğu kimi, Rio-de-Janeyroda aşkar olunmuş koronavirusun yeni növünün 94% nümunələrində eyni mutasiya cəmlənib. Alimlər bu növ infeksiyanın Rio-de-Janeyroda iyul ayında ortaya çıxdığını, ancaq sonradan onun izlərinə ştatın 19 müxtəlif şəhərində də rast gəlindiyini dəqiqləşdiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR