Braziliyada son bir gündə 1200-dək insan koronavirusdan ölüb

Braziliyada son bir gündə 1200-dək insan koronavirusdan ölüb
# 31 dekabr 2020 07:52 (UTC +04:00)

Braziliyada koronavirusa yoluxanların sayı 7,6 milyonu keçib. Ölkədə son sutka ərzində daha 55 649 nəfərin koronavirus infeksiyasına yoluxması, 1194 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 7 619 200 nəfər yoluxub. Bu müddət ərzində 193 875 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 6 707 781 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR