Braziliyada son bir gündə 1656 nəfər koronavirusun qurbanına çevrilib

Braziliyada son bir gündə 1656 nəfər  koronavirusun qurbanına çevrilib
# 29 mart 2021 07:26 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 44 326 nəfərin koronavirus infeksiyasına yoluxması, 1656 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 12 534 688 nəfər yoluxub. Bu müddət ərzində 312 206 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 10 912 941 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR