Braziliyada son bir gündə 551 nəfər koronavirusun qurbanına çevrilib

Braziliyada son bir gündə 551 nəfər koronavirusun qurbanına çevrilib
# 18 yanvar 2021 07:11 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 33 040 nəfərin koronavirus infeksiyasına yoluxması, 551 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 8 488 099 nəfər yoluxub. Bu müddət ərzində 209 847 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 7 411 654 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR