Braziliyada son bir gündə 60 minədək insanda COVID-19 aşkarlanıb

Braziliyada son bir gündə 60 minədək insanda COVID-19 aşkarlanıb
  • Clock-gray 05:22
  • calendar-gray 03 Mart 2021

Braziliyada son sutka ərzində daha 59 925 nəfərin koronavirus infeksiyasına yoluxması, 1641 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 10 646 926 nəfər yoluxub. Bu müddət ərzində 257 361 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 9 527 173 xəstə müalicə olunaraq sağalıb.

apa-logo-mini

Digər xəbərlər