Braziliyada son sutkada 1127 nəfər koronavirusun qurbanına çevrilib

Braziliyada son sutkada 1127 nəfər koronavirusun qurbanına çevrilib
# 15 mart 2021 05:55 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 43 812 nəfərin koronavirus infeksiyasına yoluxması, 1127 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 11 483 370 nəfər yoluxub. Bu müddət ərzində 278 229 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 10 063 808 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR