Braziliyada son sutkada 1330 nəfər koronavirusun qurbanına çevrilib

Braziliyada son sutkada 1330 nəfər koronavirusun qurbanına çevrilib
# 11 fevral 2021 08:19 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 59 602 nəfərin koronavirus infeksiyasına yoluxması, 1330 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 9 659 167 nəfər yoluxub. Bu müddət ərzində 234 850 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 8 596 130 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR