Braziliyada son sutkada 23 284 nəfərdə koronavirus aşkarlanıb

Braziliyada son sutkada 23 284 nəfərdə koronavirus aşkarlanıb
# 28 iyul 2020 04:12 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 23 284 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 2 442 375 nəfər yoluxub. Bu müddət ərzində 87 618 koronaviruslu xəstə dünyasını dəyişib, son sutkada isə bu rəqəm 614 nəfər olub.

Həmçinin bu günədək 1 838 431 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR