Braziliyada son sutkada 30 minədək insanın koronavirusa yoluxduğu təsdiqlənib

Braziliyada son sutkada 30 minədək insanın koronavirusa yoluxduğu təsdiqlənib
  • Clock-gray 07:26
  • calendar-gray 28 Oktyabr 2020

Braziliyada son sutka ərzində daha 29 787 nəfərin koronavirus infeksiyasına yoluxması, 549 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 5 439 641 nəfər yoluxub. Bu müddət ərzində 157 946 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 4 904 046 xəstə müalicə olunaraq sağalıb.

apa-logo-mini

Digər xəbərlər