Braziliyada son sutkada 62 minədək insanda COVID-19 aşkarlanıb

Braziliyada son sutkada 62 minədək insanda COVID-19 aşkarlanıb
# 28 yanvar 2021 08:41 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 61 963 nəfərin koronavirus infeksiyasına yoluxması, 1214 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 8 933 356 nəfər yoluxub. Bu müddət ərzində 218 878 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 7 798 655 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR